RU
Ərdoğan Suriya böhranından yazdı: “Rədd edirik!“
14:10
558

Ərdoğan Suriya böhranından yazdı: “Rədd edirik!“

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya böhranının 10-cu ili ilə bağlı "Bloomberg” agentliyi üçün məqalə yazıb.

7News.Az xəbər verir ki, o, məqalədə Türk ordusunun keçən il bu vaxtlar Suriyada müxalifətin son qalası olan İdlibə yeni bir hücumu dayandırmaq və günahsız insanların yurdlarından didərgin salınmasının və ya öldürülməsinin qarşısını almaq məqsədilə Suriya rejiminin mövqelərinə müdaxilə etdiyini xatırladıb, milyonlarla insanın həyatının xilas edildiyini diqqətə çatdırıb.

Türkiyə prezidenti bu dövr ərzində Türkiyəyə təriflər yağdıran ölkələrin qismən koronovirus epidemiyasının təsiri ilə Suriyadakı humanitar böhranı unutduğunu ifadə edib:

"Vətəndaş müharibəsi Qərbin növbəti vicdani böhranınadək "köhnə xəbər” statusuna qayıtdı. Demokratiya, azadlıq və insan hüquqlarının yenidən dəb olduğu bu günlərdə insanlığın Suriyadakı icraatları səmimiyyətimizin ölçüsü olacaq. Regionda sülh və sabitliyin yenidən bərqərar edilməsinin Qərbin Türkiyəni səmimi və güclü bir şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram".


 
Suriya böhranının 10-cu ilində sadəcə demokratiya, azadlıq və insan hüquqlarını tələb etdikləri üçün yüz minlərcə insanın öldürüldüyünün və işgəncəyə məruz qaldığının, milyonlarla insanın didərgin düşdüyünün xatırladılmalı olduğuna diqqət çəkən prezident Ərdoğan sözlərinə belə davam edib:

"Əsəd rejimi və tərəfdarlarının bu qanuni tələbləri məhv etmək cəhdi terrorizm və nizamsız mühacirət kimi ağır nəticələrə səbəb oldu. Bir çox ölkə müxtəlif səbəb və ya bəhanələrlə Suriyadakı münaqişəyə qarışsalar da faciənin başlanğıc nöqtəsini qaçırdılar. Nəticə olaraq, Yaxın Şərqin ən əhəmiyyətli ölkələrindən biri heç vaxt bitməyəcəkmiş kimi görünən bir qırğının ortasında tək qoyuldu. Qürurla deyə bilərəm ki, Türkiyənin mövqeyi Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç dəyişməyib. Türk milləti hesab edir ki, bütün suriyalıları təmsil etmə qabiliyyətinə malik bir siyasi sistem qurulması sülh və sabitliyin yenidən bərqərar olması üçün çox vacibdir. Suriya xalqının ən əsas insan ləyaqəti tələblərinə cavab verməyən bütün planları rədd edirik. Çünki bu kimi variantlar böhranı daha da dərinləşdirəcək. Eyni zamanda Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edilmədən dinc yolla davamlı bir həllin mümkün olmadığını vurğulayırıq”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ