7News.Az xəbər verir ki, bu sualla "Şou ATV"də Nanə Ağamalıyeva qonağı olan Əməkdar artist Mətanət İsgəndərlinin atası Məhəmmədəli İsgəndərliyə müraciət edib.

Atası Mətanətlə bağlı peşmançılığını efirdə etiraf edib:
"Çox, çox... 4 qızın ola, elçilərin olmaya?! Birini vermirsən, o birinə qız özü "atkaz" gedir. Siftə xam olmuşam, bunu (Mətanəti işarə edir - red) vermişəm. Cavan idim də, nə yaşım var idi onda mənim. Nə bilirdim elçilik nədir, verdik getdi. Ancaq, o biri qızlardan soruşmuşam getmək istəyib istəmədiklərini. Mətanəti verəndə soruşmadım heç".

Əməkdar artist atasının sözlərini təsdiqləyərək həyat yoldaşını toy günü gördüyünü açıqlayıb:
"Mən görmədiyim, bilmədiyim bir adama ərə getdim. O vaxt başqa dövür idi. Onda mənim heç 18 yaşım tamam olmamışdı".
7News.Az








