Bunu Ermənistan prezidenti Armen Sərkisyan RBC-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, bizim münasibətlərimiz hər zaman yaxşı olub.
"İran İslam Respublikası erməni kilsələrinin saxlanmasına hər cür dəstək verib və maliyyə dəstəyi ayırıb”, - o qeyd edib.
Son vaxtlarda İranın bölgədə aktivləşməsinə və Ermənistanla bağlı sərgilədiyi münasibətlərə gəldikdə Sərkisyan bunu deyib: "Təəccüblü olardı ki, İran Ermənistan ətrafında baş verənlərə reaksiya verməsin”.
O əlavə edib ki, müharibə vaxtı beynəlxalq aləmdən və dövlətlərdən dəsətək almaq çox çətin idi: "Bütün beynəlxalq təşkilatlara və dövlətlərə müraciət etəsək də, çox az dövlət bizi dəstəklədi. Əksəriyyəti müharibənin dayandırılmasını istəyirdi. Avropada yeganə Fransa baş verənlərdən narahat idi. Amma digər Avropa ölkələri Ermənistana lazımi dəstəyi göstərmədi. Amma müharibədən sonra aktivləşməyə başlayıblar”./olke
7NEWS.Az








