RU
Ermənistanda bir nəfər hərbi hissənin ərazisinə soxulub
10:00
62

Ermənistanda bir nəfər hərbi hissənin ərazisinə soxulub

Ermənistanda bir nəfər hərbi hissənin ərazisinə soxulub.

Bu barədə 7News.Az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Ararat vilayətinin sakini olan şəxs (kişi-red) hərbi hissənin ərazisinə soxularaq hərbçiləri təhqir edib. O, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Cinayət işi çərçivəsində hərbi hissəyə qanunsuz daxil olma və xuliqanlıq hərəkətləri törətməsi ilə bağlı bütün halların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ