RU
Ermənistanda hərbçi güllələnərək öldürülüb
14:10
57

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, hazırda hadisənin bütün təfərrüatının və səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ