Mingəçevirdə tələbə otaq yoldaşına xəsarət yetirib.
Mingəçevir Turizm kollecinin tələbəsi 18 yaşlı Nurəddin Hüseynovun kirayədə yaşadıqları evdə otaq yoldaşı, 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarət yetirdiyi bildirilir.
İlkin məlumata görə, hadisə mübahisə zamanı baş verib.
Nurəddin Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.








