Ermənistanda koronavirusa yoluxanların sayı 171 227-yə yüksəlib.
7News.Az xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirək ki, ötən gün yoluxma sayı 170 945-ə çatmışdı.
Virus səbəbilə ölənlərin sayı isə 3 179-dur. Son bir gündə koronavirus Ermənistanda 4 nəfərin həyatına son qoyub. Digər səbəblərdən ölən, lakin həm də koronavirusa yoluxan xəstələrin sayı isə 809-dur.
Qeyd edək ki, Ermənistanda indiyədək 162 984 nəfər koronavirusdan sağalıb.








