"Taşır pizza”da zəhərlənənlərin sayı artıq 57 nəfərə çatıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-i saat 21:30-a olan məlumata əsasən "Taşir pizza” şəbəkəsində zəhərlənənlərin və xəstəxanaya yerləşdirilən vətəndaşların sayı 57-yə çatıb.
Bu gün Tashir Pizza şirkəti kütləvi zəhərlənmə faktından sonra bütün yemək məntəqlərini bağladığını açıqlayıb.
Səhiyyə Nazirliyi də öz növbəsində son iki gün ərzində qeyd olunan pizzaxanalar şəbəkəsində yemək yeyən vətəndaşları zəhərlənmə əlamətləri aşkar etdikdə tibb müəssisələrinə müraciət etməyə çağırıb.
Bundan əvvəl İrəvanda 44 nəfərin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Zəhərlənənlər arasında 10 və 13 yaşlı iki uşaq da var. /olke
7NEWS.Az








