RU
Ermənistanda qar uçqununda 2 hərbçi ölüb
12:10
120

Ermənistanda qar uçqununda 2 hərbçi ölüb

Ermənistanın Sünik vilayətində qar uçqunu nəticəsində hərbçiləri daşıyan "UAZ” markalı avtomobil dərəyə yuvarlanıb.

7News.Az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. 

Hadisə nəticəsində 2 hərbçi ölüb, daha 2-si isə yaralanıb. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İnsident fevralın 19-u axşam saatlarında baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ