7News.az xəbər verir ki, bunu moderator.az-a müğənni Əli Mirəliyev baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həqiqi hərbi xidmət keçməyən oğlanlara qız verməməklə bağlı çağırışı haqqında danışarkən deyib.
Əli Mirəliyev həqiqi hərbi xidmətdə olmayanları kişi hesab etmədiyini də qeyd edib:
"Mən də neçə illərdi deyirəm ki, əsgər olmayan müğənniyə qız verməyin. Müğənnilərin də yarısı əsgər olmayıb, gedib yalandan hərbi bilet alıblar, inanmırsınızsa, yoxlayın.
Əsgərlik təkcə o demək deyil ki, əlinə tüfəng götürüb döyüşəsən, əsgərlik kişiləri qayda-qanuna riayət etməyi, sübhdən oyanmağı, idmanla, təmizliklə məşğul olmağı öyrədir. Bizdə uşağı çox vaxt ərköyün böyüdürlər, analar çox vaxt deyir ki, "Kişi bərk danışma, uşaq yatıb”. Az qalırlar çayını, çörəyini də yatdığı yerə gətirsinlər. Ancaq başa düşmürlər ki, 18-19 yaşlı oğlan uşaq deyil, artıq kişilik məktəbini keçməlidir. Kişilik məktəbini də harda keçərlər, əsgərlikdə, lazım gəlsə, müharibədə. Müharibə var deyə biz əsgər getməməliyik? Əslində biz hamımız əsgər olmalıyıq, yaşlılar, ağsaqqallar, ağbirçəklər belə. O kişi ki, əsgər olmayıb, ümumiyyətlə o heç kişi deyil. Mən elələrini kişi saymıram”.//big
7News.az








