RU
Evləri söküləcək insanlara veriləcək yeni mənzillər necə olacaq? - RƏSMİ AÇIQLAMA
13:19
515

Evləri söküləcək insanlara veriləcək yeni mənzillər necə olacaq? - RƏSMİ AÇIQLAMA

1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq.
 

7News.az xəbər verir ki, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: "Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək".

E.Əsədov qeyd edib ki, ilk növbədə, 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: "Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq".//apa

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ