Çexiya Prezidenti Miloş Zeman baş nazir Andrey Babiş hökumətinin istefasını qəbul edib.
7NEWS.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Zeman Nazirlər Kabinetinin üzvlərinə yeni hökumət təyin olunana qədər öz vəzifələrini icra etməyi tapşırıb.
Praqada Mərkəzi Hərbi Hospitalda müalicə alan Çexiya Prezidenti ölkənin yeni hökumətinin formalaşdırılması ilə bağlı göstəriş verib.
Noyabrın 15-də Zeman ziyarətçiləri qəbul edə biləcək standart palataya köçürüləcək.
7NEWS.Az







