RU
17:30
423

"Əxlaqsız,mədəniyyətsiz, şərəfsiz insanlardır"-Ədalət Şükürov əsəbləşdi-VİDEO

Əməkdar artist Ədalət Şükürov sosial şəbəkələrdə onu tənqid edənlərdən danışıb.

Müğənni bu barədə "Show news" verilişinə açıqlama verib. O, bildirib ki, sosial şəbəkələrdə bilib-bilmədən, yerli-yersiz hər kəsin fotosunun altında rəylər yazırlar.

"Bu yaxınlarda şəkil paylaşmışdım. Ayaqqabının etiketi üzərində qalmışdı. Dünyaca məşhur brendlər var ki, onu etiketlə bərabər geyinməlisən. Etiket çıxardınsa o sayılmır. Bunu da görən izləyicilərin əksəriyyəti yazmışdı ki, "etiket üzərində qalıb", "buna bax, ayaqqabının etiketini çıxarmayıb". Onlar onu bilmirlər, maraqlanmırlar ki, belə bir şirkət var. Mən elə məlumatsız insanlara nə deyə bilərəm? İnsan bir maraqlansın, sonra fikir bildirsin. Başqa bir məsələ isə lazımsız instagram səhifələridir. Hansılar ki, səhər tezdən axşama kimi neqativ məlumat yayırlar. Belə səhifələri işlədənlər isə əxlaqsız, şərəfsiz, mədəniyyətsiz insanlardır".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ