Eyni uçuşda üç pilot zəhərləndi: 10 saatlıq uçuş zamanı təşviş dolu anlar
7News.az xəbər verir ki, "British Airways" aviaşirkətinin 10,5 saatlıq uçuşu zamanı göyərtədəki üç pilot zəhərlənib. Ehtimal olunur ki, onlar qida zəhərlənməsinə məruz qalıblar. Pilotlardan biri işini davam etdirə bilməyəcək vəziyyətə düşsə də, digər ikisi uçuşu başa çatdıraraq təyyarəni Londonda təhlükəsiz şəkildə yerə endirib.