Fəhlə işləyib 20 il kirayədə qalan məşhur kimdir?!
Məşhur aparıcı Anar Nəcəfli "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
Veriliş zamanı aparıcının həyat və yaradıcılığı haqqında süjet efirə gedib. Məlum olub ki, son bir ilə kimi aparıcı kirayədə yaşayıb, əvvəllər isə fəhlə və satıcı işləyib:
"Ucarda doğulmuşam. 1998-ci ildə Bakıya gəldim. Universitetdə jurnalistika fakultəsini bitirəndən sonra iş tapmırdım. İşsiz qalmamaq üçün tikintidə fəhlə işləmişəm. Elə vaxt olub ki, satıcı da işləmişəm. Son bir ilə kimi heç evim də yox idi, kirayədə yaşayırdım. Bu yerlərə əziyyətimlə gəlib çıxmışam.Nə xoş mənə ki, bu əziyyəti görmüşəm. İndiki gənclər sanki əziyyət çəkmək istəmirlər. İşə gedən kimi məvacibi soruşurlar. Amma biz belə olmamışıq. Hamı elə bilir neçə ilin aparıcısıdır bunun evi, maşını, hər şeyi var. Amma onların heç biri məndə yox idi. İndi də evdəkilər mənim üzümü görmür. Uşaqlar məni gün ərzində maksimum bir saat görür. Səhər altıdan axşam ona kimi işdə oluram"./big