RU
Filip Riker və Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib
14:30
94

Filip Riker və Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.

7NEWS.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia” Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Paşinyan və Riker Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eyni zamanda, regionda sabitlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.

Tərəflər 44 günlük müharibədən sonra yaranmış humanitar məsələləri də müzakirə edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ