Əlcəzairin baş naziri Əbdürrəhman ölkəsinin Fransa ilə müxtəlif sahələrdə 11 ayrı əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Əlcəzairin Baş naziri Eymen ibn Əbdürrəhman, Əlcəzair-Fransa Yüksək Səviyyəli Hökumətlərarası Komitəsinin paytaxtda keçirilən beşinci iclasından sonra keçirilən mətbuat konfransında, "İclasımızda sənaye və texnologiya, start-up və innovasiya, kənd təsərrüfatı, ali təhsil və elmi tədqiqatlar, əmək və məşğulluq, turizm və sənətkarlıq sahələrində 11 müqavilə mətninin imzalanması ilə nəticələndi”, deyə bildirib.
7NEWS.az








