RU
Fransanın “Arianespace” operator-şirkətinin peyk daşıyan raketi qəzaya uğrayıb
13:20
243

Fransanın “Arianespace” operator-şirkətinin peyk daşıyan raketi qəzaya uğrayıb

Avropanın "Vega-C” raketi orbitə mülki və hərbi təyinatlı iki peyki çıxara bilməyib.

Bu barədə Fransanın "Arianespace” operator-şirkəti bildirib.

Şirkətin açıqlamasına əsasən, dekabrın 20-də buraxılan "Vega-C” iki - "Pleiades Neo 5” və "Pleiades Neo 6” mülki və hərbi təyinatlı peyklərini orbitə çıxara bilməyib.

Bildirilib ki, təxminən 105 km hündürlüyə çatan raket faydalı yüklə birlikdə kəskin şəkildə aşağı enməyə başlayıb. İlkin versiyaya görə, daşıyıcının ikinci mərhələsinin işində texniki nasazlıq yaranıb.

İtaliya istehsalı olan raket Bakı vaxtı ilə saat 05:47-вэ (Paris vaxtı ilə saat 02:47-də) Fransa Qvianasındakı Kuru kosmodromundan buraxılıb.

Yüngül çəkili daşıyıcı aparat olan "Vega-C” 2014-cü ildən etibarən Avropa Kosmik Agentliyi (ESA) və İtaliya Kosmik Agentliyi (ASI) ilə birgə hazırlanıb. Uzunluğu təxminən 35 metr və kütləsi 210 tona yaxındır. O, 700 km hündürlükdə qütb orbitinə 2200 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ