Fuad Muradov “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb
3 sentyabr 2019-cu il tarixində Azərbaycan
Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi”
müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində
görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər
Fondunun icraçı direktoru Fərid Cəfərov ümummilli lider Heydər Əliyevin və Azərbaycan
Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Gəncləri təbrik
edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov ölkənin inkişafı, diaspor hərəkatının
güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və
xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə
bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin
suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.