RU
“Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 21 mart 2026-cı ildə “Ramazan Joy” adlı xeyriyyə və könüllülük kampaniyasında iştirak edib.
17:39
143

“Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 21 mart 2026-cı ildə “Ramazan Joy” adlı xeyriyyə və könüllülük kampaniyasında iştirak edib.

Kampaniya çərçivəsində AYAL və Azerbaijan–UK Alumni Association (AUKAA) ailəsinin nümayəndələri Daşkəsən rayonunun Qusçu kəndinə səfər edərək uşaqlarla görüşüblər.

Səfər zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlarla vaxt keçirilib və Ramazan bayramının sevincinin paylaşılması məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilib.

Təşəbbüsün əsas məqsədi uşaqlara bayram abu-havası yaşatmaqla yanaşı, gənclərin könüllülük və sosial məsuliyyət fəaliyyətlərinə cəlb olunmasını təşviq etmək olub.

AYAL və AUKAA nümayəndələri belə təşəbbüslərin cəmiyyət daxilində həmrəylik, qarşılıqlı dəstək və icmaya qayğı dəyərlərinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

"Ramazan Joy” təşəbbüsü "Bir an belə qalmasın” ("Biganə qalma”) hərəkatının təşkilatçılığı ilə həyata keçirilib. AYAL və AUKAA kampaniyanın təşkilinə və həyata keçirilməsinə maliyyə, mənəvi və logistika baxımından dəstək göstərən tərəflərə təşəkkürünü bildirib.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ