Sabirabad rayonunda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.
Məlumata görə 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədi ilə qaçırılması barədə qızın atası polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.
Faktla bağlı araşdırma aparılır.








