RU
Gəncədə ölü uşağa toxunduğu üçün ağlayan türk müxbir DANIŞDI
17:00
619

Gəncədə ölü uşağa toxunduğu üçün ağlayan türk müxbir DANIŞDI

Gəncə terroru zamanı əlinin dağıntılar altından çıxarılan körpənin əlinə dəydiyini deyən və canlı yayımda bu səbəbdən gözyaşlarını saxlaya bilməyən CNN Türk müxbiri Fulya Öztürk İctimai Tv- yə danışıb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, müxbir olan hadisələrə yenidən toxunaraq, həmin anları göz öünündə bir daha canlandırıb:

 

"Bir aydır ki, Azərbaycandayam və mənim üçün fərqli təcrübələr oldu. Mən Gəncə terrorunda hadisə yerində müxbir kimi iştirak etmədim, insan kimi oldum, üsyan etdim. Çünki hücum vaxtı atılan raket mənim qaldığım otelin yaxınlığına düşmüşdü. Bu anı mən yaşadım. Biz o vahiməli səs ilə oyandıq. Ermənistanın qətliamçı ruhunu hiss edərək oyandım.

Həmin yerə gedəndə üsyan etməmək əldə deyildi. Orada soyuqqanlı olub yayım etmədim, səsim titrədi. Qarşıma balaca uşaq çıxdı, onun əli əlimə dəydi. Uşağın əli əlimə dəydiyində duyduğum təması ömür boyu unutmayacağam. Bu Ermənistanın etdiyi qətliamdır. Bunu hər kəsə bağıraraq demək istəyirəm. İşğalçılığının yanında Ermənistan həm də qətliamçıdır. Bu gün mən burada ölə bilərəm, çünki ermənlərin elə zehniyyəti var".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ