Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazdan yararlanmaq istəyir.
Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət edilib.
Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırki vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.
7News.az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
7News.az








