RU
Güclü külək ağacı avtomobil üstünə aşırdı
12:20
17

Güclü külək ağacı avtomobil üstünə aşırdı

Lənkəranda güclü külək ağacı avtomobil üstünə aşırıb.

7News.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Kiçik Bazar deyilən ərazisində qeydə alınıb. Belə ki, yağışla müşayiət olunan güclü külək iri gövdəli ağacı hərəkətdə olan "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə aşırıb. Xəsarət alan olmayıb, maşına ciddi ziyan dəyib.

Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Avtomobil üstünə aşan ağac xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.

Hazırda rayon ərazisində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ