Türkiyədə müğənnilik karyerasını uğurla davam etdirən "Azəri qızı” ləqəbi ilə məşhurlaşan Günel Zeynalovanın sosial mediadakı paylaşımı söz-söhbətə səbəb olub.
7News.Az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə gündəmə damğa vuran sənətçinin evdə makiyajlı halı ilə çəkilmiş fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Güneli yaydığı şəkillərinə görə dilə-dişə salan izləyicilər müğənninin yenidən etdirdiyi plastik və estetik əməliyyatları başına qaxınc ediblər.
"Bu halınla çox gözəlsən. Amma özünə heç oxşamırsan. Özünə sanki haqsızlıq etmisən. Estetiksiz halınla daha gözəl idin. Bu qədər plastik əməliyyatlara gərək yox idi”, - deyə G.Zeynalovanın "Instagram”dakı izləyicisi yazıb.
Qeyd edək ki, G.Zeynalova iki dəfə burnunda "rinoplastika” əməliyyatı keçirib. Bununla yanaşı, o dodaqlarının həcmini gel vasitəsi ilə böyüdüb və qaşlarına "mikrobledinq” etdirib.
7News.Az








