Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.
Bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, M1.1 sinfinə aid alışma oktyabrın 5-də (Bakı vaxtı ilə 22:48) Günəş ləkələrinin 4545 saylı qrupunda rentgen diapazonunda baş verib.
Proses təxminən 30 dəqiqə davam edib.
Xatırladaq ki, iyun ayında güclü alışmalar nəticəsində Günəşdə "qara partlayış” baş vermişdi. Alimlər bu qeyri-adi effektin Günəş tacındakı neytral hidrogen buludunun parçalanaraq ətrafa yayılması nəticəsində yarandığını bildirmişdilər.








