7News.az xəbər verir ki, ABŞ-da TikTok-da özünü "demonoloq" və "boz şapkalı haker" (Grey Hat Hacker) kimi təqdim edən 36 yaşlı Mark Stiven Asea qadınların şəxsi məlumatlarına icazəsiz daxil olmaq və onları sosial şəbəkələrdə paylaşmaqda ittiham olunub. Yalnız bir qadın haqqında 100-dən çox video yayımladığı bildirilən Asea yenidən həbs edilib və onun üçün 35 000 dollar məbləğində girov müəyyən olunub.








