RU
Gürcü ekspert: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır”
21:00
148

Gürcü ekspert: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır”

"Bölgədə sülh üçün Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırması tələb olunur”.

Bunu xarici siyasət üzrə ekspert, "GeoCase” Təhlil Mərkəzinin Şərqşünaslıq bölməsini rəhbəri Emil Avdaliani deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda son 30 ildə regional əməkdaşlıq üçün bu qədər imkan və şans olmayıb. "Doğrudur, bir çox məsələlərlə bağlı şifahi bəyanatlar səsləndirilir, lakin Bakı və Yerevanda dəmir yol xəttinin açılmasına hazırlıq olduqca yüksəkdir. Bu, Azərbaycanın öz ərazilərini qaytardığı İkinci Qarabağ müharibəsindən sonra mümkün olub”.

Ekspert hesab edir ki, Ermənistan regional geosiyasi vəziyyəti kəskin şəkildə yenidən qiymətləndirməyə başlayıb və bu, ölkənin Türkiyə ilə pozitiv ritorikasında yaxşı əks olunur: "Bundan başqa, konkret addımlar artıq atılıb. Ankara və Yerevan ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin etməyə qərar verib. Bu, Azərbaycan və Ermənistan arasında davam edən pozitiv danışıqlar kontekstində nəzərdən keçirilməlidir”.

E.Avdalianinin fikrincə, bölgədə müsbət mənzərə yaranıb və bütün oyunçular regionda kommunikasiyaların açılmasının zəruriliyini anlayır./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ