RU
Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq
17:20
431

Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq

Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq.

7NEWS.Az "Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə daxil olan qərar layihəsindən məlum olub.

Bildirilib ki, hökumət parlamentə "2023-cü ildə Gürcüstan müdafiə qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərar layihəsi təqdim edib. Sənədə əsasən, müdafiə qüvvələrinin sayı mövcud 37 min nəfəri aşmaycaq. Bu, Gürcüstan ordusunun şəxsi heyətinin sayının dəyişməyəcəyi deməkdir.

Məlumata görə, bu məhdudiyyət hərbi vəziyyət rejiminə, ehtiyatda olanlara və müvəqqəti heyət üzvlərinə şamil edilmir. Hazırda Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür - məcburi, müqaviləli, kadr və ehtiyatda olanlar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ