RU
Gürcüstan prezidentinin M.Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib
00:20
1510

Gürcüstan prezidentinin M.Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.

Bu barədə S. Zurabişvili keçirdiyi brifinqdə deyib. Bildirib ki, sabiq Prezident M. Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib.
"Mənim sabiq prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib – yox və heç vaxt”, deyə S. Zurabişvili bildirib.

Xatırladaq ki, Gürcüstana qeyri-qanuni yollarla gəldiyi bildirilən M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ