Gürcüstanda elektrik enerjisinin verilməsində növbəti dəfə fasilələr yaranıb.
Paytaxt Tiflis, eləcə də Ozurgeti, Poti və Rustavi şəhərlərinin bir hissəsində elektrik enerjisi kəsilib.
Enerji təchizatındakı problem su nasoslarının fəaliyyətinə də təsir göstərib. Nəticədə Tiflisin bəzi ərazilərində içməli suyun verilməsində də fasilələr yaranıb.
Elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı paylayıcı şirkətlər hələlik rəsmi açıqlama verməyiblər.
Xatırladaq ki, oxşar hadisə iyulun 24-nə keçən gecə də qeydə alınmış, ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin verilməsində fasilələr yaşanmışdı.








