RU
Gürcüstanda daha 4 314 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb
13:20
754

Gürcüstanda daha 4 314 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb

Gürcüstanda son sutkada daha 4 314 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 35 nəfər vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 4 519 nəfər sağalaraq evə buraxılıb.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 481 578 nəfər təşkil edir. Onların 421 532-si sağalıb, 6 406-sı dünyasını dəyişib.

Aktiv xəstə sayı 53 614 nəfərdir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ