Gürcüstanda "Qirçi – daha çox azadlıq” müxalif partiyasının bir neçə fəalı ölkənin müxtəlif hissələrində Dövlət Təhlükəsizliyi Xidmətinin binalarına girişi bloklayıblar.
Fəallar binalara girişi öz maşınları ilə bağlayıb. Polis həmin fəallardan bir neçəsini saxlayıb.
Sözügedən fəallar noyabrın 10-da Tbilisidə Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirakçıların saxlanılmasına etiraz ediblər.
Bugünkü etiraz aksiyası zamanı Tbilisidə Dövlət Təhlükəsizliyi Xidmətinin binasına girişi "Qirçi” partiyasının lideri Zurab Caparidze, Qoridə Badri Qriqalaşvili, Batumidə Temur Giorqadze, Kutaisidə İmeda Kldiaşvili, Rustavidə İrakli Kukaniya, Telavidə yazıçı Vaxtanq Mosiaşvili bloklayıb.
Hələ ki, Qriqalaşvili, Mosiaşvili və Georgi Putkaradzenin saxlanıldığı bildirilir./qafqazinfo
7NEWS.Az








