RU
Gürcüstanda müxalifətin aksiyasında 2 nəfər yaralandı
19:40
574

Gürcüstanda müxalifətin aksiyasında 2 nəfər yaralandı

Gürcüstanda müxalif "Vahid Milli Hərəkat” partiyasının aksiyası zamanı iki nəfər xəsarət alıb.

7NEWS.Az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya zamanı yaxınlıqda yerləşən binadan aksiya iştirakçılarına daş atılıb.

Atılan daşlar bir kişi və bir qadın olmaqla iki iştirakçının başına dəyib və onlara xəsarət yetirib. 

 

Təcili tibbi yardım briqadaları xəsarət alanlara hadisə yerindəcə ilkin yardım göstəriblər.

Şahidlərin sözlərinə görə, daşlar beşinci və yaxud altıncı mərtəbədə yerləşən evin eyvanından atılıb. 

Yaralılardan biri olan kişinin vəziyyəti qənaətbəxş olsa da, qadının səhhətinin necə olduğu hələ məlum deyil.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ