RU
Gürcüstanda yenidən mitinq başlayıb
20:40
58

Gürcüstanda yenidən mitinq başlayıb

Gürcüstanda yenidən genişmiqyaslı mitinq keçirilir.

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinqdə hakimiyyətindən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusunun verilməsi üçün irəli sürdüyü şərtləri yerinə yetirməsi tələb olunur.
"Utanc” hərəkatının təşkil etdiyi mitinqdə müxalif partiyaların nümayəndələri, eləcə də ictimai xadimlər iştirak edirlər.

Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir.

Mitinq səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb olunub.

Qeyd edək ki, Avropa İttifaqı Şurası ötən gün Gürcüstana namizəd statusu deyil Avropa perspektivi verilməsinə qərar verib.

Gürcüstanın ilin sonunadək namizəd statusu əldə edə bilməsi üçün bir sıra şərtləri yerinə yetirməsi tələb olunub./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ