RU
Gürcüstandan 112 əcnəbi deportasiya edilib
12:20
33

Gürcüstandan 112 əcnəbi deportasiya edilib

Son günlər ərzində Gürcüstandan 112 xarici ölkə vətəndaşı deportasiya edilib.


Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.


Həmin şəxslər arasında Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və digər ölkələrin vətəndaşları var.


Yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstandan çıxarılan əcnəbilərin ölkəyə girişi qadağan olunub.


Qeyd edək ki, Gürcüstandan əcnəbilərin deportasiyasına başlıca səbəb onların ölkədə hüquqi əsas olmadan qalmasıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ