RU
Pakistanda sərnişin qatarı relsdən çıxıb, beş nəfər ölüb, 30 nəfər yaralanıb
11:50
59

Pakistanda sərnişin qatarı relsdən çıxıb, beş nəfər ölüb, 30 nəfər yaralanıb

Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.

Geo TV-nin məlumatına görə, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.

Hadisə yerli vaxtla səhər saat 5:15 radələrində (Bakı vaxtı ilə səhər saat 4:15) Şer Şah körpüsünün yaxınlığında baş verib.

Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.

Xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ