Gürcü Arzusu Partiyasının Tbilisidəki Azadlıq meydanında kütləvi aksiyası yekunlaşıb.
Bir saat davam edən mitinqdə iştirakçılar qarşısında Baş nazir İrakli Qaribaşvili, "Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər çıxış ediblər.
Natiqlər tərəfdarlarını oktyabrın 30-da yerli seçkilərin ikinci turunda iştiraka və "Gürcü Arzusu”nun qələbəsini sona çatdırmağa çağırıb.
İ.Qaribaşvili deyib ki, "Gürcü Arzusu” Gürcüstanın müstəqillik tarixində sülh və sabitliyi ən çox qoruyub saxlayan hakimiyyətdir.
O qeyd edib ki, Gürcüstan keçmişin səhvlərini təkrarlamamalıdır: "Bu gün insanlara gərginlik, qeyri-sabitlik, boykot və revanş deyil, sülh, əmin-amanlıq və tərəqqi lazımdır. Əminəm ki, biz birgə səylərlə bütün problemləri aradan qaldıra biləcəyik. Əminəm ki, növbəti illər Gürcüstan üçün bərpa, sabitlik və inkişaf dövrü olacaq”.
Mitinq "Basiani” ansamblının ifasında "Mənim Gürcüstanım buradadır” folklor nəğməsinin oxunması ilə başa çatmış elan olunub./report
7NEWS.Az








