7News.az xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhəri üzərində səmaya qalxan nəhəng əjdaha yerli sakinləri heyrətə saldı. Məlum oldu ki, "OVO Hydro" tədbir mərkəzinin üzərində süzən bu mifik siluet, məşhur "House of the Dragon" (Əjdaha Evi) serialındakı "Syrax" adlı əjdahanın yüksək texnologiyalı surətidir. Serialın təbliğat kampaniyası çərçivəsində səmaya qaldırılan və daha əvvəl ötən ay Londonda da nümayiş etdirilən bu nəhəng maket unudulmaz bir marketinq tamaşası təqdim etdi.








