7News.az xarici mediaya istinadən xəbər verir ki, yarışmada finala qalan 22 yaşlı İlay Dagilev oğlan olduğunu etiraf edib. Arina Əliyeva adı ilə müsabiqəyə qatılan İlay komitə üzvlərinə kişi olduğunu söyləməli olub. Qalib gələn Dagilev dərhal yarışmadan kənarlaşıdırılıb və tacı əlindən alınıb.
Dostları ilə gözəllik mübahisəsindən sonra müsabiqəyə qatılmağa qərar verdiyini deyən İlay "Mən hər zaman təbii gözəllikdən yanayam. Çox qız eyni geyinib, eyni makiyaj etməklə trendi izlədiklərini zənn edirlər. Ancaq mən elə düşünmürəm” deyib.









