RU
Hadisə itkin düşdü, ondan heç bir xəbər-ətər yoxdur
15:04
621

Hadisə itkin düşdü, ondan heç bir xəbər-ətər yoxdur

"O Ses Türkiye" yarışmasının çəkilişi zamanı Hadise üçün studiyaya gələn icra məmurlarından sonra Hadisədən xəbər-ətər yoxdur. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 250 min avro cəza ödəməyə məhkum edilən məşhur müğənni Hadisə əməlli-başlı şok yaşayıb. 

"Trendyol" markasının sahibi "DSM Qrup"la 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinə zidd davranması səbəbi ilə müğənni başına iş açıb. O, verilişə gələn icra məmurlarının verdiyi sənədi imzalamaq məcburiyyətində qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ