"Bozun 50 çaları" filminin aktrisası Dakota Conson yeni filmi "Suspiria"nın qala gecəsinə qatılıb.
Gümüş rəngli, pırıltılı, dar libasda olan Dakota eyni zamanda haqqında çıxan hamiləlik xəbərlərinə də cavab vermiş olub.
Qırmızı xalıda kameralar önünə keçən Conson şıklığı ilə diqqət mərkəzində olub.
Qeyd edək ki, bir müddət əvvəl aktrisanın eşq yaşadığı 41 yaşlı Kris Martinadan hamilə olduğu iddia olunurdu.
7News.Az









