RU
Haqqında yayılan iddialara son nöqtəni qoydu
17:20
496

Haqqında yayılan iddialara son nöqtəni qoydu

Müğənni Murad Boz idman salonundan çıxarkən görüntülənib.

7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı aktyor Burak Özçivitlə küsülü olması xəbərlərinə son nöqtəni qoyub. O, haqqında yayılan "Kardeşim benim 2”nin gözlənilən reytinqi yığmaması və bunda Burakın onu günahlandırması iddasına belə cavab verib:

"Reytinqə görə dostluq bitər? Belə bir şey ola bilərmi? Dostluq əgər bu səbəbdən bitərsə, heç olmasın, daha yaxşı. Fahriye də, Burak da sevdiyim dostlarımdır”. 

Murad Burakla sosial şəbəkədə bir-birlərini qabaqcadan izləmədiklərini, dostluqdan çıxarılma xəbərlərinin doğru olmadığını da sözlərinə əlavə edib. Boz adını açqılamasa da, yeni filmlə tamaşaçıların görüşünə gələcəyini deyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ