7News.az xəbər verir ki, Parisdəki Şarl de Qoll hava limanında manevr edən "Air Serbia" şirkətinə məxsus "Airbus A320" təyyarəsi "easyJet" təyyarəsi ilə toqquşub. Hadisə nəticəsində "Air Serbia" təyyarəsinin sağ qanadının ucu zədələnsə də, xəsarət alan olmayıb.








