İsrail ordusu Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nahalı zərərsizləşdirib.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
Hökumət başçısı "X" sosial şəbəkəsindəki paylaşımında "İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin başçısı Naim Əbu Nahalı məhv edib", - deyə bildirib.








