RU
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
16:30
192

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən 7News.Az-a verilən məlumata görə, noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Noyabrın 11-i gündüzdən 13-dək Azərbaycan rayonlarının bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ