Həbsdən çıxan Seren ərə gedir - toy tarixi bilindi
Gülben Ergen əleyhinə qeyri-etik ifadələr işlətdiyinə görə 3 günlük həbs yatan aparıcı Seren Serengil ərə gedir. 7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı Yşar İpeyə ərə gedəcək. Seren "Duymayan kalmasın” verilişində "Elə həssas vaxtda qarşıma çıxdı ki… Onun gözəl xarakterinə laqeyd qalmaq mümkün deyil” deyib.
Yaşar da toy xəbərini təsdiqləyərək iyulun 10-da nikah masasına oturacaqlarını deyib.