RU
Həbsxanada olan Serendən ilk foto
01:00
645

Həbsxanada olan Serendən ilk foto

Müğənni Gülben Ergenin şikayəti əsasında haqqında 3 günlük həbs qərarı çıxan Seren Serengildən xəbər var.

Bu gün səhər radələrində həbsxanaya göndərilən aparıcı ilk fotosunu izləyiciləri ilə bölüşüb.

Vəkilinin vasitəsi ilə qaldığı yerin şəkli İnstaqram səhifəsində yerləşdirən fotonun altına yazılıb:

"Seromuzdan xəbər var. Sero vəkili Ersoyun vasitəsilə bizə ilk günün yaxşı keçdiyini və özünü yaxşı hissi etdiyini bildirib, hər kəsə sevgilərini yollayıb". 

Qeyd edək ki, "Duymayan kalmasın” verilişində davamlı olaraq Gülben Ergenə qarşı qeyri-etik ifadələr işlədən Serenə məhkəmə xəbərdarlığı olunsa da, o, Ergen haqda iddialar səsləndirməyə davam etmişdi. Serengil Gülbeni "evli kişiləri yoldan çıxaran” adlandırdığı üçün haqqında 3 günlük həbs qərarı çıxıb. O, bazar ertəsi həbsxanadan çıxacaq. /axşam

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ