RU
15:20
534

"Heç bir müğənniyə qadağa yoxdur" - Zaur Kamaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yayılan məlumatlara əsasən bəzi məşhur müğənnilərin "Xəzər Tv" nin verilişlərinə çıxmasına qadağan qoyulmuşdu.

BiG.AZ xəbər verir ki, bu barədə sözügedən kanalda yayımlanan "5də 5" verilişinin aparıcısı Zaur Kamal açıqlama verib. Aparıcı bildirib ki, yayılan xəbərlərin hamısı yalandır:

"Əslində bu barədə "Xəzər Tv" açıqlama verməlidir. Mənim işim aparıcılıqdır. Sadəcə bir sözü demək istəyirəm ki, biz kanal olaraq heç bir müğənniyə qadağa qoymamışıq. Bunlar hamısı xəbər saytlarının uydurmasıdır. Dedilər ki, guya Şəbnəm, Mətanət, Manaf, Tükan və.s kimi müğənnilərə qadağa qoyulub. Amma belə bir şey yoxdur".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ