RU
15:25
539

"Heç kim heç kimin zibili haqda danışmasın" - Niyam

"Kiminsə haqqında danışmıramsa, pis fikirdə deyiləmsə, mənə də bunu etməsinlər. Hamının zibili var. Heç kim heç kimin zibili haqda danışmasın".

7News.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "ATV maqazin onlarla” verilişində deyib. O, həmkarı Kərim Abbasovun onun haqqında dediyi sözlərə münasibət bildirib.

N.Salaminin "Mənim Aygün Kazımova və Röya Ayxanla aramı bir kişi müğənnisi vurub” sözləri səs-küy yaratmışdı. K.Abbasov həmin müğənninin Rəhim Rəhimli olduğunu açıqlamışdı.

N.Salami Kərimin sözlərinini yalan adlandıraraq, Rəhimi müdafiə edib:

"Sözlərimi kiməsə şamil etmədim. Kimsə nəsə danışırsa, əvvəl mənə zəng etsin. Kişisən, özümə yığ, dilimdən eşit, sonra maqazinə açıqla. Rəhimin evində qalmışam, anasının əlindən yemək yemişəm. Evdə pul, qızılı mənə tapşırıb gediblər. Biz indi danışmırıqsa, onu vurmalıyam? Heç vaxt. Saçım da ağarıb, bəsdirin”.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ